"Respublika Təhsil Şurası" İctimai Birliyi (ing. Council of Education Social Consolidation) — Azərbaycan Respublikasının təhsil sahəsində fəaliyyət göstərən, ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan ictimai birlikdir. "Respublika Təhsil Şurası" İctimai Birliyi — 24 sentyabr 1998-ci ildə, Azərbaycan müəllimlərinin XI qurultayı zamanı Ümummilli lider Heydər Əliyevin təklifi ilə yaradılmışdır. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, "Qeyri hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanunu, həmçinin öz Nizamnaməsi əsasında qurur. "Respublika Təhsil Şurası" İctimai Birliyi 25 may 2001-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Qeydiyyat № 1353.