Respublika Təhsil Şurası "Psixologiya və sosial tədqiqatlar” (Azerbaijan Journal of Psychology and Social Research) adlı elmi-nəzəri jurnal təsis edib. Jurnalda Azərbaycanda və dünyada psixologiya və sosial elmlər sahəsində aparılan elmi araşdırmalara yer veriləcək. Müvafiq sahə üzrə ən son yeniliklər jurnalın səhifələrində yer alacaq. Araşdırma materialları Azərbaycan, ingilis, türk, rus dillərində dərc olunacaq.
Jurnalın baş redaktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nuralı Zərbalı oğlu Çələbiyev, baş redaktorun müavini Səidə Adil qızı Əhmədovadır.