
Etiraf edim ki, filmin təqdimatından öncə çıxış edən Səidə Əhmədovanın kövrəlməsini, göz yaşalrının səbəbini filmi izləyərkən anladım. Əmin oldum ki, cəmiyyətin həssas problemlərini ekrana gətirmək, vərəqlərə köçürmək, onu insanlara çatdırmaq o zaman tam mənası ilə mümkün olur ki, onu öz qəlbindən keçirib təqdim edəsən. Bu isə insanlara yaradıcılıq sevincləri ilə bərabər göz yaşalrı ilə bəxş edir.