
Respublika Təhsil Şurası bu günə qədər fəaliyyət prioritetlərindən biri olan təhsilverənlərin pedaqoji qabiliyyətlərinin inkişaf etdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində yeni layihələrin icrasını məqsədəuyğun hesab edərək, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən həyata keçiriləcək tədbirlərdən biri olan Sertifikasiyaya hazırlıq üçün konstruktiv və maarifləndirici təlimlərin həyata keçirilməsinə başlayır. Bu məqsədlə ilkin olaraq öyrədənlərin hazırlanması üçün təlimçi təlimlərinə start verilir.
Respublika Təhsil Şurasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Mərkəzi