Redaksiyamıza daxil olan məlumata görə, Bakı şəhər Ələt qəsəbəsində olan Azad İqtisadi Zonanın "Damla" şirkətində işçiləri aldadırlar.
Bir qrup şikayətçinin Azerinfo.az-a verdiyi məlumatda bildirir ki, sözügedən şirkət 15 nəfər sürücünü "pul köçürtmə" müqavilə bağlayaraq işə götürüb, amma buna baxmayaraq işlədikdən sonra onların pulunu verməyib. Yəni, aldadıb.
Əməkdaşımız şikayətlə bağlı 2022-cu il tarixdə novruz bayramından bir neçə gün sonra sözügedən şirkətin əməkdaşı olan Azad adlı şəxslə telefon vasitəsilə əlaqə saxlayıb.
Azad bildirib ki, işçilərin əmək haqqları artıq köçüb. Amma bu heç də belə deyil, sən demə onların əmək haqqları köçməmişmiş. Hətta özlərindən yalandan saxta pul köçürtmə üçün bank sənəti də düzəldiblər. Əməkdaşımıza işçilər tərəfindən məlumat verilib ki, həqiqətəndə pul köçməyib və deyilənlər yalandır, sonra əməkdaşımız sözü gedən şirkətlə çox çalışıb əlaqə saxlasın, amma çox təəssüf ki, onlar telefona cavab verməyib.
Hətta Azad adlı şəxs işçilərin bir neçəsini də aldadaraq 28 mart 2022-ci il tarixdə bildirib ki, sizin pullar köçüb. Sürücülər qeyd edir ki, artıq dörd aydır ki, bizi bu cür aldadırlar.
Qarşı tərəfi dinləməyə hazırıq.