Redaksiyamıza etibarlı mənbədən daxil olan məlumata görə, Masallı ərazisində qazılan torpaqların bir hissəsi Masallı rayon Seybətin ərazisində olan Fəxrəddin adlı şəxsə məxsus kərpic zavoda daşınır.
Məsələni araşdırmaq üçün əməkdaşımız sözügedən əraziyə yollanıb. Sözügedən kətpic zavodun giriş hissəsindən bir neçə metr kənarda Fəxrəddinlə rastlaşıb və yuxarıda sözügedən məsələni ona bildirib. Fəxrəddin isə əməkdaşımızın üstünə yüyürərək hədə-qorxu ilə bildirib ki, bizə Masallı rayon İH-dən tapşırıblar ki, bura mətbuat işçiləri buraxmayaq. Qaldı kı, torpaq daşınmasına: "Biz çoxdandır kənar yerdən torpaq daşımırıq və öz zavodumuzun həyətindən götürüb istifadə edirik.
Hətta buradan baxanda da görünür.
"Məgər sizin icazəniz varmı zavodu həyətindən torpaq götürməyə?"-deyə əməkdaşımız sual edib. O isə cavab verə bilməyib.
1 saylı Regional Ekologiya İdarəsinin əməkdaşları hara baxır?!. Ekologiyanı məhv edənlərə şərait yaradan hələ 1 saylı Ekologiyanın işçilərinin özləridir.
Qarşı tərəfi dinləməyə hazırıq.