
Metbuat.info xəbər portalına Masallı Regional Meşə Təsərrüfatı işçilərinin verdiyi məlumata görə, Mərkəzin baş mühafizə mühəndisi Abturab Bağırov meşələri qırdıran, 850.00 ha dövriyyədə olmuş əkinin batmasına səbəbkar olan, heç bir ali təhsil və qeyri-meşəçi olan, vurma cədvəlin bilməyən, düzgün akt tərtib edə bilməyən, "Meşə qanunvericiliyi pozulması"na dair kitabı saxtalaşdıran, yazılan cərimələri Nazirlər Kabınetının qərarına uyğun yox, öz cibinə uyğun hesablayan, 300 000 manata yaxın cəriməni bu günə kimi ödənilməməsinə səbəbkar olan, Dövlət Meşə fondu torpaqların satdığı üçün 2013-cü ildə Masallı Məhkəməsinə qərarı ilə ev dustaqlığına məhkum edilən, özü və yaxın qohumları dövlət meşə fondunu zəbt edib orada qanunsuz tikililər salan bir şəxsi görəsən Meşələri İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov niyə meşə mafiyasının dəstəsindən uzaqlaşdırmaq istəmir və onu əzizləyir?.
Eyni zamanda 12 aprel 2022-ci il tarixdə Abturab Bağırov Masalıı RMTM-nin həmkarlar Təşkilatının iclasına çağrılmış və direktorun təhvil-qəbul yoxlaması zamanı, 40000 manatdan çox qırıntılara görə cərimələr və s. nöqsanlar nəzərə alınaraq onu işdə qalmasın düzgün hesab etməmişlər və barəsində toplanmış sənətlər Meşələrin İnkişafı Xidmətinə göndərilmişdir.
Deyilənə görə Xalıqverdi Abturab üçün çox narahat olmuş, onun Həmkarlar Təşkilatının iclasına çıxarılmasına görə rəhbərliyi danlamış və "əgər Abturaba cinayəti işi açılsa və yaxud o işdən çıxarılsa, o zaman digər yuxarı vəzifəli ekologiya işçiləri də onun birlikdə getməlidir. Çün ki, Abturab bu işləri tək görməyib ", -deyə Xalıqverdi bildirib.
"Sağ olsun Ağaqardaş müəllim Xalqverdidən mənim xahişi etdi və mən özüm də Xalıqverdi müəllimlə görüşdüm və lazım olan "summa"nı ona çatdırdım və o, isə mənə Abturab müəllim bir az səbr elə səni bu yaxınlarda Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini vəzifəsinə təyin edəcəm", -deyə Abturab bildirib.
P.S. Aldığımız məlumata görə, artıq Abturab barəsində Xidmətə göndərilmiş Həmkarların qərarı ləğv edilərək Lənkəran MRMTM-nə direktor müavini vəzifəsinə təyin olunub.
Ali təhsili olmayan və qeyri-məşəçi Regional direktor müavini neçə təyin oluna bilər?.
Artıq 9 aydır ki, Abturab barəsində çoxsaylı faktla şikayətlər həm aidiyyatı orqan və xəbər portallarına daxil olur, amma buna baxmayaraq "çe fayda"?.
Yuxarıda oturan meşə mafiyası öz bildiyini edir.
Qarşı tərəfi dinləməyə hazırıq





