• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2021 Metbuat.info - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Metbuat.info

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

“Broker Əbülfəz” dirilib – dərman, saxta gübrə, sement, “PAPA JOHN’S” və… – Şok faktlar [xfvalue_red]

17 May, 21 - 08:37255

“Broker Əbülfəz” dirilib – dərman, saxta gübrə, sement, “PAPA JOHN’S” və… – Şok faktlar

Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə Səfər Mehdiyevin gətirilməsindən sonra təvazökar adamlar ümid bəsləyirdilər ki, bu sahədə bəzi müsbət irəliləyişlər əldə olunacaq, şəffaflıq yaradılacaq, inhisarçılıq və bürokatik əngəllər müəyyən qədər aradan qaldırılacaq.

Çünki Aydın Əliyevin dövründə gömrükdə “qara bazar”, kölgə iqtisadiyyatı real gəlirləri dəfələrlə üstələyirdi, sahibkarların “dərisinə saman təpilirdi”, brokerlər, monopolistlər “meydan sulayırdılar”.
Amma onu müavini Səfər Mehdiyevin sədr təyinatı ilə gömrükdə heç də yaxşılığa doğru nəticələrin müşahidə olunduğunu söyləmək olmur; yenə iş adamlarının “qanını içirlər”, monopoliya ləğv olunmayıb, avtomobil idxalında soyğunçuluq davam edir, hətta Türkiyədən olan TIR şoferləri belə bu vəziyyətə üsyan edirlər, bu günlərdə onların video çıxışları yayılmışdı.
Ona görə ki gömrükdə ənənəvi idarəçilik və yanaşma davam edir, sahibkarlar narazıdırlar, “qara əllər” yığışdırılmayıb.

Oğluna açdığı 8 restoran…

GundemXeber.Az media üzərindən bu günlərdə yayılan məlumatlara istinadən xatırladır ki, vaxtilə gömrükdə qeyri-leqal gəlirlərin baş fiqurlarından olmuş, “broker Əbülfəz” adı ilə tanınan “Trans Broker” MMC rəhbəri Əbülfəz Məlikov yenidən “zühur” edib. Onun gömrük sahəsində yenə fəaliyyətinin, təsirlərinin olduğu bildirilir.
Həmçinin, Abşeron və Ələt Beynəlxalq Dəniz Limanının “Loqistika Mərkəzi”ni nəzarətində saxlayır. Bir neçə gün qabaq Əbülfəz Məlikova məxsus restoranlar şəbəkəsi də aşkarlanıb.
KİV-də gedən xəbərlərdə iddia olunur ki, “PAPA JOHN’S” restoranlar şəbəkəsinin Azərbaycandakı lisenziyası Əbülfəz Məlikovun oğlu Murad Məlikova məxsusdur.
Məlumatda əlavə edilir ki, bu brend altında 8 restoran açıb. Gömrük brokerinin oğlunun şəriki isə Kamran Əliyev adlı şəxsdir.
Murad Məlikov və Kamran Əliyevin təsisçiləri olduğu “PJA Limited Azerbaijan” şirkəti üzərindən idarə olunur. Təbii ki, gənc M.Məlikovun bu yaşında biznes uğurunda atasının brokerlik fəaliyyəti rol oynayıb.
Onun gənc yaşında restoranlar açması üçün ən azı 30 il işləməsi, pul yığması və xərcləməməsi lazımdır. “Broker Əbülfəz”i isə cəmiyyətə təqdim etməyə ehtiyac yoxdur. O, gömrükdə “qara kassir” kimi uzun illər sahibkarların boğazına çökmüş monopoliya əfsanəsidir.
Ölkə mediası uzun illər onun vağzalda siqaret satmasından, iranlı Mənüçöhr Əhədpurla çirkli pullar yuymasından nələr yazmayıb.
DGK əməkdaşları özləri qeyri-rəsmi etiraf edirdilər ki, Ə.Məlikovun əlinə baxıblar, onun icazəsi olmadan gömrük əməkdaşı addım ata bilməyib. Ən dəhşətlisi budur ki, “Broker” kontorunun işçilərinin sayı DGK-nın işçilərindən çox olub.
Əbülfəz Məlikov Gürcüstandan Azərbaycana gətirilən hər danaya, inəyə görə, 100 dollar, hər qoyuna görə 40 dollar rüşvət qoyurmuş. İndisə Səfər Mehdiyev DGK sədridir və yenə “Broker Əbülfəz”in əl-qolu açılıb.

Aksizsiz siqaret biznesi, gül, sement…

Ona görə Çexiyada, Avropanın digər ölkələrində biznesinin, əmlakının sayı-hesabı yoxdur. Mediada yayılan son məlumatlara görə, Əbülfəz Məlikovun yenidən “dirildiyi” və gömrük əməliyyatlarında əvvəlki qədər olmasa da müəyyən rol alması haqda iddialar var.
Bildirilir ki, son vaxtlara qədər şəxsi biznesini idarə etməklə baş qatan Əbülfəz Məlikov yenidən brokerlik fəaliyyətinə qayıdıb.
Bəzi məhsulların, əsasən ərzaq və dərman preparatlarının, sement və digər tikinti materiallarının ölkəyə keçirilməsində Məlikova imkanlar tanınıb.
Əbülfəz Məlikovla bağlı mediada yer alan səs-küylü iddialardan biri də pambıq tarlalarında çoxsaylı zəhərlənmələrə səbəb olmuş saxta gübrələrin ölkəyə gətirilməsindən milyonlar qazanmasıdır.
Ümumiyyətlə isə daxili bazarın kimyəvi dərmanlar və gübrə bazarına onun nəzarət etdiyi bildirilir. Eyni zamanda kifayət qədər gəlirli biznes hesab edilən dekorativ ağac və güllərin ölkəyə gətirilməsində də Əbülfəz Məlikovun böyük payçılardan olduğu iddiaları var.
Mediada gedən xəbərlərə görə, Əbülfəz Məlikovun DGK sədri Səfər Mehdiyevlə uzun illərə dayanan ortaqlığı olub. Mehdiyev DGK-da müavin olarkən tərəflər arasında ciddi işbirliyi varmış. Hazırda isə ölkədə aksizsiz siqaret biznesinin Əbülfəz Məlikova dövr edildiyi bildirilir.
Qara bazarda aksiz markası olmayan siqaretlərin kütləvi şəkildə satılması fakt olsa da DGK-nin bu mövzudakı susqunluğu da gəzən söhbətlərin inandırıcılıq əmsalını yüksəltməkdədir.

“Broker”in sahibkarın başına açdığı oyun

Qeyd edək ki, 2006-cı ildən təsis edilən və tez bir zamanda monopolist şirkətə çevrilən “Trans Broker” MMC-nin qeyri-rəsmi sahibi Əbülfəz Məlikovla onun yaxın qohumu olan Anar adlı şəxsdir. Əvvəllər Əbülfəz Məlikovla “çiyin-çiyinə” çalışan bu şəxs hazırda beynəlxalq əlaqələr üzrə menecer statusunda Azərbaycanda qazanılan milyonlarla vəsaiti ABŞ, Kanada və bir sıra Avropa ölkələrində daşınmaz əmlaka yatırması haqda ölkə mətbuatında iddialar yer almaqdadır.
Adı zaman-zaman mediada şübhəli və kriminal əməllərdə hallanan Ə.Məlikov öz bioqrafiyasını nə qədər gizli saxlasa da, göründüyü kimi, mediaya məlumatlar sızmaqdadır.
Həmçinin, iş adamları da onun gömrükdəki əməllərini zaman-zaman ifşa ediblər. Bir müddət əvvəl “Grant Aqro Servis” MMC-nin rəhbəri Fərhad Babayev gerçəkləri çılpaqlığı ilə açıqlamışdı. O, Səfər Mehdiyevə məktubunda reallıqları göstərmişdi. Belə ki, sahibkarın idxal etdiyi məhsul məcburən dövlətə məxsus olmayan, AVELA MMC-yə (Bakı ş, Babək pr 92, mənz 23) məxsus gömrük terminalına yönləndirilib.
Sitat: “Məsələylə əlaqədar kiminlə əlaqə saxladıqsa, aşağıda şikayətçi olduğumuz şirkətin Səfər Mehdiyevə və Əbülfəz Məlikova məxsus olduğu, bu səbəbdən cəzasızlıqlarına əmin olduqları bildirildi.
Əslində, sahibkarlara saxlama terminalını sərbəst seçmək imkanının verilməməsi, digər sahibkarların da bu tip terminallar yaradıb gömrük orqanları ilə əməkdaşlıq etmək imkanının olmaması, Avela MMC-nin və 1-2 digər şirkətin bu sahədə monopolist və bununla da özbaşına olması, gömrük məmurları ilə sıx əlaqəsi olmayan şəxslərin bu sahəyə müdaxiləsinin mümkün olmaması, şirkətin əməkdaşlarının “kimə istəyirsiz şikayət edin” deməsi və sadalaya biləcəyimiz yüzlərlə digər cavabsız suallar yaranmış şübhələri qidalandıran amillərdəndir”.
Bu, bir sübutdur ki, gömrük kimlərin əlindədir və nələr baş verir. Ancaq faktlar yuxarıdakı məlumatlarla məhdudlaşmır, yeni nüansları növbəti araşdırma məqaləmizdə təqdim edəcəyik. Deyilənlərlə bağlı adıçəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. GundemXeber.az

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Azay Quliyev qaldı: Bəlkə Əli Həsənovu da qaytaraq? - NƏ DƏYİŞDİ Kİ?
backend
Şirəliyevin komandası əndişə içində... - NARAHATDIRLAR...
backend
Ramiz Mehdiyevin SON QALASI: Bu gün fərmanı verildi... - BƏS SABAH?
backend
"Qaçqınkom"da nələr baş verir?.. - İDDİA
backend
Mehdiyevin daha bir adamı haqda iddialar... - Əli Abbasov hardan qazanır...
backend
 Mikayıl Cabbarov Prezidentin tapşırığını yerinə yetirirmi? - NƏ BAŞ VERİR?
backend
Harada görünüb ki, deputatlar bizneslə məşğul olsun? – “Parlamentin yarısı biznesmendir”
backend
Sadiq Abduyev sahibkarlara qarşı - Prezidentə müraciət olundu
backend
Ramiz Mehdiyevin bacarmadığını bacaran adam: İman Quliyev... - İDDİA
backend
"AQTA-ya görə 50 ton məhsulum yararsız vəziyyətə düşmək üzrədir" - Sahibkar ÜSYAN HƏDDİNDƏ
backend
Ayə, qoymayın üstümə İrasim gəlir..-RASİM MƏMMƏDOVUN CİNAYƏT ƏMƏLLƏRİ.....
backend
SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqləndi - Sədr Mikayıl Cabbarov oldu
backend
İran XİN başçısı Azərbaycana səfər edəcək
backend
TÜRKSOY və TDƏŞ nümayəndələri Füzuliyə səfər edib - FOTO
backend
zərbaycanda bu tarixdən uşaqpulu bərpa edilir? - AÇIQLAMA
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Şəmkirdə hələ də din adından dələduzluq edən şəxs var - Xurafat, yaxud Mirhəşim kimlərə nə qədər aylıq verir?
13 Ara, 21 - 10:47808

XƏBƏR LENTİ

Muxtar Babayevin diqqətinə: Xalıqverdi nə oyun çıxardır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1830 Nis
Şok ŞOK: Şəmkir Regional Meşə TM-də açıq alver gedir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
02:5030 Nis
Bakıda daha bir bişinti sexində antisanitar vəziyyət; AQTA hara baxır? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
02:3129 Nis
Cənub ekologiyası rəzalətli günlərin yaşayır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
02:2929 Nis
İsmayıllıda icra başçısı Nahid Bağırov polislərlə birlikdə vətəndaşın evinə gedərək onu hədələdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
02:5527 Nis
7 saylı regional Ekologiya və təbii sərvətlər idarəsinin rəisi və nazir müavininin biznesi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1426 Nis
Muxtar Babayevin diqqətinə: Lerik meşələri əldən gedir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
02:0826 Nis
Nazir Sahil Babayev həyətində olan 7 toyuğa görə ailəyə ünvanlı sosial yardım verməkdən imtina edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2825 Nis
Qanunsuz şirkətlərin əsl sahibləri - Bu gömrük generalları kimlərdir? - ARAŞDIRMA [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1325 Nis
Masallıda Daşınmaz əmlakı daşıtdıran məmurlar - VİDEO+FOTOLAR [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5825 Nis
Masallıda 20 saylı meşə zolağında zibil tullantısından artıq iy ətrafı bürüyib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4125 Nis
Paytaxtda apteklərdə müddəti bitmiş dərman və sair şeylər satılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0824 Nis
Masallıda torpaqların yeyən "kərpiczavod" hansıdır? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0224 Nis
Masallının Xallıcallı kəndində nə baş verir - Təcili Nazirlik bu məktəbdə araşdırma aparmalıdır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3323 Nis
Ekologiya nazirliyinin əməkdaşları dövlət aktların belə saxtalaşdırır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5623 Nis
İntihara aparan 100 min manat vergi borcu necə yaranır? - Gömrük müəmması bitmir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
00:2123 Nis
Bakıda yaşıllıqlar gecə ikən məhv olunur - ETSN işbazlarla əlbirdir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0322 Nis
Muxtar Babayevin diqqətinə : şimalda ekologiya təhlükə altında [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5822 Nis
Masallı rayon Musaküçə kəndində nə baş verir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5422 Nis
İsmayıllıda aztelekomun qanunsuz əməllərinə qarşı vətəndaş həmrəyliyi.Prosesə hamı qoşulmaq üçün müraciət edir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1221 Nis
Cənubda ağacları kəsdirən ekologiya rəisi kimdir?-VİDEO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2220 Nis
İnsanları intihar həddinə çatdıran qanunsuz şirkətləri kimlər himayə edir? - Araşdırma [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1120 Nis
Şok şok: Lerik meşələrində nə baş verir? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3920 Nis
Son zamanlar ölkəmizdə belə obyektlərin çoxaldığı bildirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4419 Nis
Cənub təbiətinə qənim kəsilən "dırnaq arası ekoloq " [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:1118 Nis
Şok şok: Ələtdə Azad İqtisadi Zonada nə baş verir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:0018 Nis
İsmayıllı sosial problemlər içərisində [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2416 Nis
Şok şok: Lerik meşələrində "yaşıl terror" davam edir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
02:5716 Nis
Xalıqverdi "meşə mafiya"sının qara kassa"sın niyə təsərrüfatda saxlamaq istəyir? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0515 Nis
Şok şok: Masallıda ana təbiət təhlükə altında [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3612 Nis
Muxtar Babayevin diqqətinə: "meşə mafiya"sının Masallı RMTM-də ki, kadr hoqqabazığı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4012 Nis
Meşələrin IX-nin rəisi Xalıqverdi Hüseynov meşə zolağların mal-yatağı kimi satdırır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4412 Nis
Göyçayda təbiət əldən gedir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5810 Nis
Şimal ekologiyasına düşman kəsilən dırnaq arası ekoloqlar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
03:358 Nis
Bakıda "banka" sexində biyabırçı vəziyyət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
02:258 Nis
Nazirliyin işçisi Lerik meşələrində jurnalisti döydürmək istədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
02:507 Nis
Şəhid Anar Cəfərovun Cənnətdəki Doğum günü Qeyd Olundu/Video [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:376 Nis
Xalıqverdi Hüseynov "meşə mafiyasını" niyə himayə edir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
02:595 Nis
Masallıda antisanitar vəziyyət artıq "pik" həddinə çatıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:382 Nis
Masallıda kasıbların cibinə girən məmur jurnailstə hədə-qorxu gəldi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:571 Nis
Masallıda kasıbların cibinə girən məmurlar kimlərdir -VİDEO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:1131 Mrt
Muxtar Babayevin diqqətinə: Cəlilabad meşələrində "yaşıl soyqırım" davam edir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1831 Mrt
Həkim səhvinin qurbanı olan bu körpə...- VİDEO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4531 Mrt
Ekologiya Nazirliyi ağaclara "türbə" tikir - FOTO // VİDEO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2131 Mrt
Bütün xəbərlər

© 2021 Metbuat.info - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə