Məqsəd və vəzifələrimiz

BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

Şuranın (Birliyin) əsas məqsədi Azərbaycan Respublikasında Təhsil sisteminin bütün pillə və mərhələlərində təlim və tərbiyə işinin, ictimai tərbiyənin, pedaqoji və elmi pedaqoji kadr hazırlığının, ixtisasartırma və yenidənhazırlanmanın, pedaqoqika və psixologiya elmlərinin milli və ümumbəşəri dəyərlər, qabaqcıl dünya elmi-nəzəri fikir və təcrübi nailiyyətləri nəzərə alaraq demokratik və humanist prinsiplərlə inkişafına nail olmaqdır.
Şura bu məqsədlərə nail olmaq üçün aşağıda göstərilən vəzifələri yerinə yetirmək əzmindədir:
• Dövlətin təhsil sahəsində siyasətinin düzgün elmi-metodiki və hüquqi əsaslarla həyata keçirilməsi, ali icra orqanlarına təkliflər vermək;
• Respublikada təhsil sisteminin inkişafı və yeniləşdirilməsi, humanistləşdirilməsi, demokratikləşdirilməsi, ictimai-pedaqoji fikrin və milli tərbiyənin (ekoloji, fiziki, iqtisadi, hüquqi, estetik, əxlaqi-mənəvi və s.) insan azadlıqları və ictimai özünüidarə orqanlarının təhsil işində əlaqəlik və razılığın əldə edilməsi;
• Təhsil işçilərinin Respublika Qurultayının, Təhsil İslahatı Proqramının qərar və müddəalarının, dövlətin təhsil sahəsində göstərişlərinin, qabaqcıl pedaqoji ideyaların həyata keçirilməsinə ictimaiyyətin və ictimai qurumların səfərbər edilməsi;
• Təhsilin ümumi vəziyyətinə, təhsil orqanlarının, təhsillə əlaqədar cəmiyyətlərin, mərkəzlərin, birliklərin fəaliyyətlərinə ictimai qiymətin verilməsi, təhsil müəssisələrinin ictimai akkreditasiyadan keçirilməsi;
• Təhsil sisteminin təkmilləşdirilməsinə yönəldilmiş sosial təşəbbüslərin və novasiyaların müdafiəsi və onlara ictimai qiymətin verilməsi;
• Təhsil sahəsində araşdırmaların, proqram və dərsliklərin, elmi-nəzəri və praktik əhəmiyyətli nəşrlərin müzakirəsi və onlara ictimai qiymətin verilməsi;
• Müəllim yaradıcılığı və qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və yayılması üçün təkliflərin verilməsi, müsabiqələrin keçirilməsi;
• Təhsil üzrə konsepsiyaların və təhsil işçilərinin Respublika qurultaylarının hazırlanması və həyata keçirilməsi;
• Təhsil sistemi və təhsil iştirakçılarına xidmət məqsədilə kurslar, araşdırma və məsləhət mərkəzləri, eksperimental təhsil müəssisələri yaradılması, tədris-metodik kompleksi təlimatı fəaliyyəti göstərilməsi;
• Xarici ölkələrin təhsil təcrübəsinin öyrənilməsi, beynəlxalq pedaqoji əlaqələrin inkişaf etdirilməsi, beynəlxalq tədbirlərdə iştirak;
• Geniş ictimaiyyətin, o cümlədən gənclərin və valideynlərin ekoloji, pedaqoji biliklərə yiyələndirilməsi və ekoloji mədəniyyətin formalaşdırılması;
• Ölkədə, ayrı-ayrı bölgələrdə təhsilin inkişafının köklü məsələlərinə baxılması və təkliflər hazırlanması;
• Dövlət orqanları tərəfindən hazırlanmış təhsilə aid normativ aktların və layihələrinin öyrənilməsi və onların həyata keçirilməsi;
• Birlik özünün nəşr orqanını yaradır, qəzet, kitablar, dərsliklər, jurnallar, broşuralar və digər tədrisdə və metodiki məsələlərin həlli üçün istifadə olunan materialların nəşri ilə məşğul olur.

2.3. Nizamnamədən irəli gələn məqsəd və vəzifələri həyata keçirmək üçün müəssiələr yarada bilər.