286 saylı məktəbdə “Heydər Əliyev və Zəfər muzeyi”nin açılışı olub

  • 23-05-2022, 10:12
  • Xəbərlər
  • 38

I və  II Qarabağ müharibəsində Azərbaycan xalqı birlik və yüksək əzm nümayiş etdirdi.  Aprel döyüşləri isə Qarabağımızın geri qaytarılmasında dönüş nöqtəsi oldu. Yüzlərlə şəhid verdik, gənclərimizdəki vətənpərvərlik hissi, xalqımızın vətənə sevgi, düşmənə nifrət hissi  qələbəmizi şərtləndirdi. Onlar  müəllim, həkim, mühəndis, fəhlə, sürücü, pilot və s. idi. Bir məqsəd, bir amal uğrunda Şəhid və qazi oldular.  Vətən sevgisi  onları mənfur düşmənlə döyüşdə yeni tarix yazmağa ruhlandırdı – Zəfər tarixi!

286 saylı məktəbdə “Heydər Əliyev və Zəfər muzeyi”nin açılışı olub Bu tarixi yazan oğullardan beş Şəhid 286 saylı tam orta məktəbin yetirməsidir.  286 saylı məktəbin müəllim-valideyn kollektivi  Şəhidlərimizin əziz xatirəsinə dərin hörmət və ehtiramla  "Zəfər muzeyi” təşkil etdi, bir neçə ay çəkən böyük zəhmət və əmək nəticəsində yüksək səviyyəli muzey ərsəyə gəldi. 18 May 2022-ci il tarixdə muzeyin açılışına şəhid ailələri, qazilərimiz, Şəhid məzunlarımızın valideynləri, qohumları dəvət olundu.

Tədbirin açılışı 286 saylı məktəbin direktoru Samir Mehdi-zadənin çıxışı ilə başladı. O, çıxışında  gələcəkdə də bu məktəbin şagirdlərinin vətənpərvər ruhda böyüməsi, təhsil alması, inkişafı üçün muzeyin nə qədər önəmli əhəmiyyətli olmasından, Şəhidlərimizə və onların müqəddəs ruhlarına olan dərin ehtiramdan danışdı.

286 saylı məktəbdə “Heydər Əliyev və Zəfər muzeyi”nin açılışı olub Sonra Şəhid analarına, qonaqlara, qazilərə söz verildi. Analar öz Şəhid balalarından danışarkən, Qazilərimizin öz döyüş yoldaşlarından, döyüş yollarından danışarkən göz yaşlarına hakim ola bilmədilər. Bu göz yaşları iki səbəbdən idi, həm sevincdən, həm də kədərdən. Sevincdən ona görə ki, torpaqlarımız düşmən tapdağından azad olmub, kədərdən ona görə ki, onların gözləri önündə, hətta qolları arasında döyüş yoldaşları can verib.

286 saylı məktəbdə “Heydər Əliyev və Zəfər muzeyi”nin açılışı olub Tədbirdə  məktəb şagirdləri vətənpərvərlik ruhunda şeirlər söylədilər. Sonra qonaqlar muzeylə tanış oldular. Şəhidlərimizin əziz xatirəsini heç vaxt unudulmayacaq. Onların adları əbədi olaraq hamımızın qəlbinə yaşayacaq!

 

286 saylı məktəbin tarix müəllimi Təranə Salahova


 


Digər mövzular новости

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry