Bakı Uşaq və Gənclər teatrının növbəti uğuru – “Xəzinələr adası”

  • 20-06-2022, 12:06
  • Xəbərlər
  • 203

 

Bakı Uşaq və Gənclər Teatrı Qaraçuxur qəsəbəsində Qurban Abbasov (Neftçi Qurban) adına Mədəniyyət evində fəaliyyət göstərir.  Teatrın direktoru əməkdar artist İntiqam Soltan burada öz istedadı və sənətə baxışı ilə fərqlənən  yenilikçi kollektiv formalaşdırıb.  Bu teatrın tamaşaçılarla növbəti görüşü 18 iyun 2022-ci ildə baş tutdu.  Bu dəfə səhnələşdirilən "Xəzinələr adası” tamaşaçılar tərəfindən  kifayət qədər həyəcan və maraqla izlənildi. Tamaşanın uşaqlara aşıladığı əsas ideya "həyatda öz hekayəni özün yazırsan”- fikri idi. Məqsəd uşaqları daha fəal olmağa, gələcəyə inamla baxmağa və doğru düşünərlərsə, onlarda doğru bir həyat yolu quracaqlarına inam yaratmaq idi.

Bakı Uşaq və Gənclər teatrının növbəti uğuru – “Xəzinələr adası”

Türkiyəli yazıçı Ercan Tulunayın əsəri əsasında səhnələşdirilən əsərin quruluşçu rejissoru Sərdar Gözəlov, quruluşçu rəssamı Sevda Məmmədova, baş qəhrəmanı Maviş rolunun ifaçısı isə əvvəlki tamaşada Gülər Ləzgiyeva olmuş, bu dəfə isə istedadlı gənclərimizdən olan Türkan Şahmarlı idi. İstedadlı aktyor Mehman Piriyevin azyaşlı izləyicilərlə maraqlı söhbəti ilə başlayan tamaşada səsləndirilən mahnıların sözlərinin müəllifi Günay Gözəlova, bəstəkarı və musiqi tərtibatçısı Yusif Rüstəmov idi. Rolları məharətlə ifa edən aktyorlar Türkan Şahmarlı, Aytən Səfərova, Könül Şahbazova, Gülnar Əlizadə, Ədalət Ağaverdizadə, Qurban Əhmədov, Toğrul İsabəyli, Orxan Bakiniskiy və Emin Balayev izləyicilər tərəfindən rəğbətlə və məhəbbətlə qarşılandılar.

Bakı Uşaq və Gənclər teatrının növbəti uğuru – “Xəzinələr adası”

Məlumat üçün bildirək ki, Bakı Uşaq və Gənclər Teatrı Qafqazda ilk peşəkar uşaq teatrıdır. Teatrın yaradıcısı və rəhbəri Respublikanın əməkdar artısti İntiqam Soltan, baş rejissoru İlhamə Əhmədovadır.

Bakı Uşaq və Gənclər teatrının növbəti uğuru – “Xəzinələr adası”Bakı Uşaq və Gənclər teatrının növbəti uğuru – “Xəzinələr adası”

 

 

 

 

Namiq Hacıheydərli


Digər mövzular новости

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry